Azərbaycanın kumite üzrə komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Rafael Ağayev, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət kollektiv Özbəkistanla qarşılaşıb.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn yığma fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Qeyd edək ki, dünya çempionatında daha əvvəl İrina Zaretska (68 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.