AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ": "Marsel"in təhlükəsizliyi yüksək səviyyədə təşkil olunacaq"

  • + A
  • - A
  • 21-02-2022, 21:45

    "Qarabağ": "Marsel"in təhlükəsizliyi yüksək səviyyədə təşkil olunacaq"

    UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"la üz-üzə gələcək Fransanın "Marsel" komandasının səfər proqramı bəlli olub.

    "Köhlən atlar"ın Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadənin qazet.az-a verdiyi məlumata görə, Liqa 1 təmsilçisi fevralın 22-də saat 23:00-da Bakıda olacaq.

    Fevralın 23-də saat 18:30-da komandanın baş məşqçisi Xorxe Sampaolinin mətbuat konfransı təşkil olunacaq.

    Klub rəsmisi "Rəqib komandanın təhlükəsizliklə bağlı əlavə müraciəti olubmu" sualını da cavablandırıb: "UEFA-nın qaydalarına və tələblərinə görə stadion ərazisində "Marsel"in təhlükəsizliyinə ev sahibi olaraq biz cavabdehik. Bu günədək səfər edən digər komandalarla bağlı hansısa problem olmayıb. Arxayın olsunlar ki, təhlükəsizlikləri Bakıya endikləri andan ölkələrinə yollandıqları anadək yüksək səviyyədə təşkil olunacaq".

    Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR