AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda Formula 1ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq

  • + A
  • - A
  • 8-05-2022, 16:18

    Bakıda Formula 1ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq

    Builki "Formula 1" yarışlarına hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) Abşeron Mariott otelinə (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) qədər hissəsində hərəkət məhdudlaşdırılacaq.

    Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edir.

    Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR