Oktyabrın 13-də Azərbaycan Taekvando Federasiyasının (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku” keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil ediləcək yarışda 150-dək idmançı qüvvəsini sınayacaq.
2007-2009-cü il təvəllüdlü taekvondoçular 10 dəst medal uğrunda mübarizə aparacaqlar. Oğlanlar 48 kq, 55 kq, 63 kq, 73 kq, +73 kq, qızlar isə 44 kq, 49 kq, 55 kq, 63 kq və +63 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
Yarış Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, Azərbaycan ilə Koreya arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.
Mükafatçılar ATF və Koreya Respublikası səfirliyinin təsis etdiyi kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Saat 16:00-da yarışın açılış mərasimi olacaq. Media nümayəndələri də dəvətlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.