AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Baku ID 2026”: Startaplar beynəlxalq investorların qarşısında çıxış edəcək

  • + A
  • - A
  • Bu gün, 14:22

    “Baku ID 2026”: Startaplar beynəlxalq investorların qarşısında çıxış edəcək

    Bakıda innovasiya və startap ekosisteminin inkişafına həsr olunan “Baku ID 2026” festivalı keçiriləcək.

    SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılacaq tədbir sentyabrın 17-18-də “SABAH.city” innovasiya şəhərciyində baş tutacaq.

    Festivalda startaplar üçün investor və potensial tərəfdaşlarla birbaşa əlaqələrin qurulması, investisiya imkanlarının müzakirəsi və yeni bazarlara çıxış perspektivlərinin dəyərləndirilməsi üçün imkan yaradılacaq.

    Tədbirə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Yaxın Şərq və Şimali Afrika regionunu təmsil edən investorların qatılması gözlənilir. “MOST Ventures”, “White Hill Capital”, “Activat VC”, “IT Park Ventures”, “APY Ventures”, “Plus VC”, “MEVP” və “Startup Wise Guys” kimi vençur kapital fondlarının nümayəndələri də festivalda iştirak edəcəklər.

    İki günlük proqram çərçivəsində əsas səhnə çıxışları və panel müzakirələri ilə yanaşı, startap təqdimatları və şəbəkələşmə sessiyaları keçiriləcək. Müzakirələrdə süni intellekt, vençur kapitalı, mələk investisiyaları, maliyyə, səhiyyə, təhsil, yaşıl və əmlak texnologiyaları diqqət mərkəzində olacaq.

    Beşinci dəfə keçirilən “Baku ID” bu günədək 13 500-dən çox iştirakçını, 375 startapı və 140 tərəfdaşı bir araya gətirib. Festivalın startapların 5,5 milyon ABŞ dollarından çox birbaşa investisiya əldə etməsinə töhfə verdiyi bildirilir.

    Qeyd edək ki, “Baku ID 2026”nın strateji tərəfdaşları Elm və Təhsil Nazirliyi, “PAŞA Holding”, SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzidir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “TIMES” şirkəti tədbirin əsas tərəfdaşlarıdır.

    Festival müddətində iştirakçıların “SABAH.city”ə rahat gediş-gəlişi üçün pulsuz servis avtobusları təşkil ediləcək. “Bolt for Business”in dəstəyi ilə isə gediş və geri dönüş səfərlərinə 30 faiz endirim təqdim olunacaq.

    Festivalın biletləri və tədbirlə bağlı əlavə məlumat bakuid.com saytında yerləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR