Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi: Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda dini icma üzvləri arasında yazı müsabiqəsi elan edir.
Müsabiqəyə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətləri sahəsində yürüdülən siyasətdən, xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə dövlət səviyyəsində göstərilən qayğıdan, o cümlədən tolerant və multikultural dəyərlərimizin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs edən məqalələr göndərilə bilər. Eyni zamanda, yazılarda Ulu Öndərin hakimiyyəti dövründə milli-mənəvi dəyərlərimizin ən əhəmiyyətli komponentlərindən olan dini abidələrimizin təmiri, bərpası və yenidən inşası, dini-ideoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə atılan zəruri addımlar, dini radikalizm və ekstremizmin ölkəmizə ayaq açmasının qarşısının alınması istiqamətində görülən işlər öz əksini tapa bilər.
1.Müsabiqənin şərtləri
- Yazı mövzuya uyğun olmalıdır;
- Yazının həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);
- Yazı qəzetdə dərc olunarsa: A4 formatlı vərəqlərdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim olunmalıdır;
- Yazı elektron media resursunda yayımlanarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək çap olunmalı və Dövlət Komitəsinə təqdim edilməlidir.
2. Mükafat
I yer – 500 AZN
II yer – 400 AZN
III yer – 300 AZN
Hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat
3. Müsabiqənin müddəti: Yazılar 2021-ci il 20 aprelədək təqdim edilməlidir.
Ünvan: Bakı şəhəri, Əhməd Cavad küç., 16
Əlaqə telefonları: (012) 437-31-15 / (012) 505-78-19
E-mail: redaksiya@scwra.gov.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.