AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Koronavirus müalicəsində edilən səhv:"Təəssüf ki, bəzi həkimlər də bunu edir"

  • + A
  • - A
  • 12-08-2021, 22:26


    Evdə müalicə alan Covid xəstələrinin qızdırması qalxan kimi insanlar təşvişə düşür. Özbaşlarına sistem qoşurlar. Həkimdən də yaxşı antibiotik yazmasını xahiş edirlər, o yazmayanda da təyinata bəzən özbaşına əlavələr edirlər. Qonşunun məsləhəti ilə... Xüsusən bahalı geniş spektrli antibiotikləri həkimə demədən xəstənin müalicəsinə qoşmağa meyillidilər. Təəssüf ki, bəzi həkimlər özləri də bu səhvə gedir.

    Medicina.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

    Koronavirus xəstələrinin səhv müalicəsindən danışan həkim bildirib ki, antibiotiklər bu xəstəliyi sağalda bilməz:

    “Sanki psixoloji inam var ki, antibiotik nə qədər bahalıdırsa o qədər də kömək edəcək. Bu kobud səhvdir. Biləsiniz ki, qoşduğunuz o təzə antibiotik qızdırmanı salmayacaq. Görəcəksiz ki, qızdırma yenə qalxır. Onda başa düşəcəksiniz ki, Şahin doktor düz deyirmiş, boş yerə pulumuz getdi. Çünki qızdırmanı verən bakteriya deyil, bir virusdur, antibiotik ona təsir edə bilməz. Boş yerə xəstə həmin antibiotikin əlavə mənfi təsirlərinə məruz qalır. Bu mənfi təsirlər ciddidir.

    Əgər antibiotik qoşulacaqsa, bunun başlanma vaxtını, növünü, dozasını həkimlər qərar verir. Mən özüm ilk həftədə heç kimə antibiotik yazmıram. Yüngül keçirənlərə heç yazmıram. Orta ağır keçirən, risk qrupunda olan xəstələrə də ilk həftədə yazmıram. Çünki ilk həftədə bakterial superinfeksiyanın əmələ gəlmə ehtimalı demək olar ki, sıfırdır. Boş yerə qoşacağım antibiotik diareya verə bilər, elektrolit disbalansına görə xəstə ağırlaşar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR