Bakıda yerləşən ticarət mərkəzlərinin birində piano ifa etməklə məşhurlaşan mühafizəçi ARB-də yayımlanan “Həmin Zaur” verilişinin qonağı olub.
“Qafqazinfo”nun məlumatına görə, bu, 20 yaşlı Amin Bağırovdur.
Bir aydır həmin ticarət mərkəzində işləməyə başladığını bildirən Amin, efirdə Yevgeni Qrinkonun “Valse” bəstəsini ifa edib.
Bundan başqa, Amin ailədə iki uşaq olduqlarını, hərbi xidməti başa vurduqdan 11 gün sonra atasını xərçəngdən itirdiyini söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.