İçimdə bir sızı var
gülsəm də gülməsəm də!
...bağışla, səni sevə
bilsəm də bilməsəm də!..
Dua elə Tanrıya—
çatsa da çatmasa da!
...səni, məni yaradıb
...və lap yaratmasa da!
...bülbül elə bülbüldü
ötsə də ötməsə də!
...duman dağa yaraşır—
getsə də getməsə də!
...varam, Tanrı yuxuma
girsə də girməsə də!..
Yuxumda şam işığı—
görsə də görməsə də!
...sən məni hey xatırla
—ölsəm də ölməsəm də!
Mütləq ölüm olacaq
mümkündü...—ölməzəm də!
***
(Emil Rasimoğluna)
Özü batabat eşqilən
Tanrısı nə ola - ola!
...dodağı çat - çat eşqilən
...sonra su — nə ola - ola!
Görür mələyi, hürünü...
...kölgəsi şehə bürünür!
Bu yanı belə görünür,
anrısı nə ola— ola!
Yahu...hər şeyi olanın;
ağrısı, heyi olanın.
...Tanrısı şer olanın
sonrası nə ola — ola!
Paşa Talıblı
Rusiya...Volqoqrad şəhəri...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.