AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncə Dövlət Filarmoniyasının Kamera Okestri ikili diplom proqramı layihəsinin iştirakçıları üçün konsert proqramı təşkil edib

  • + A
  • - A
  • 13-05-2022, 08:13

    Gəncə Dövlət Filarmoniyasının Kamera Okestri ikili diplom proqramı layihəsinin iştirakçıları üçün konsert proqramı təşkil edib

    Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı layihəsində dərs tədris edən müəllim və təhsil alan tələbələr üçün konsert proqramı təşkil edib.

    Konsertdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Ege Universitetinin bir qrup müəllimi, ADAU rəhbərliyi, ikili diplom proqramı layihəsində təhsil alan tələbələr iştirak ediblər.

    Tədbirdə çıxış edən İbrahim Cəfərov və Necdet Budak layihənin uğurla davam etdiyini tədbir iştirakçılarının diqqətinə çatdıraraq bu proqramda təhsil alan tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişəcəklərindən əmin olduqlarını deyiblər.

    Sonra F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Okestrinin hazırladığı konsert proqramı tədbir iştirakçılarına təqdim olunub. Proqramda "Xəmsə" estrada və "Göygöl" Dövlət Mahnı və Rəqs ansambıllarının çıxışları rəğbətlə qarşılanıb. Sonra istiqlal şairi Əhməd Cavadın şeirlərinə bəstələnən "Çırpınırdı Qara Dəniz", Müslüm Maqomayevin "Azərbaycan" mahnıları ifa olunub.

    Sonda xatirə şəkli çəkdirilib.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR