Balaca rəssam
Məryəm Mövlamlını 1 ildir tanıyıram. Məryəmlə tanışlığımız keçən il Bolqarıstan səfirliyinin keçirdiyi rəsm müsabiqəsinə olmuşdu. Onda Məryəm 1-ci yerin qalibi olmuşdu.
8 iyun tarixində Məryəmin təhsil aldığı AMK tərkibində İncəsənət Gimnaziyası “Şuşa ili” çərçivəsində “Şuşaya qanadlanan arzularım” adı altında Məryəmin əl işlərindən ibarət sərgisini keçirdi.
Tədbirdə AMK tərkibində İncəsənət Gimnaziyasının direktoru
Aytən Əhmədova, Səbail rayon MKS-nin direktoru
Nüşabə Ələkbərova, İncəsənət Gimnaziyasının müəllim və şagird kollektivi, Məryəmin hazırda rəsm müəllimi olan
Təranə müəllimə iştirak edirdi.
İştirakçılar bildirdilər ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkan, Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Vurğulandı ki, haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Şuşanın qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
İstedadlı gənc rəssam, ART Olimpiya müsabiqəsinin, “Qarabağ Beynəlxalq İncəsənət müsabiqəsinin, Rumıniyada keçirilən “Poveste de larna-Winter story” beynəlxalq müsabiqəsinin qalibi, AMK tərkibində İncəsənət Gimnaziyasının 4d sinif şagirdi Məryəm Mövlamlının Şuşaya həsr etdiyi rəsm əsərləri sərgiləndi, onun rənglər dünyası tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
Uğurların bol olsun, Məryəm! Həmişə beynəlxalq müsabiqələrdə Azərbaycanı uğurla təmsil edib qalib gələcəginə əminəm.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.