AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Vətənpərvərliyin təbliğatı beşikdən qəbrə qədər davam etməlidir"

  • + A
  • - A
  • 7-09-2020, 18:33

    "Onlar məktəblərdə vətənə sevgi, məhəbbət hissi ilə yetişdirilməlidir ki, 18 yaşına çatanda vətənə layiqincə xidmət edə bilsin"

    Bundan sonra məktəblərimizdə şagirdlərə dövlət rəmzlərinə hörmət hissi və dövlətçiliyə sədaqət aşılanacaq. Bu yenilik “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

    Maraqlıdır, məktəblərdə dövlət və dövlətçilik rəmzlərinə hörmət, sədaqət və ehtiram hissinin aşılanması daha vətənpərvər gəncliyin formalaşması baxımından nə dərəcədə faydalıdır?

    Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu yeniliyin mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:

    “Bütün dünyada vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Ölkəmizdə də bu məsələyə daim diqqət yetirilir. Sadəcə olaraq, “Təhsil haqqında” qanuna təklif edilən məlum yenilik bu məsələnin daha sistemli hala gətirilməsi ilə bağlıdır.

    Dövlət himni, bayrağı və gerbi dünyanın hər yerində müqəddəs hesab edilir. Hər insan doğulduğu dövlətin vətəndaşı hesab edilir. Hansı ki, doğulduğu gündən etibarən hər insana doğma dildə ana laylası çalınır, doğma dilin sədaları altında böyüməyə başlayır. Əslində bu laylayın özü dilin təbliğidir. Başqa sözlə desək, vətənpərvərlik təbliğatı daimi bir prosesdir və beşikdən qəbrə qədər davam etməlidir.

    Baxın, 18 yaşına çatan hər bir şəxs həqiqi hərbi xidmətə cəlb olunur, əsgər göndərilir. 18 yaşına qədər isə bu şəxslər məktəbdə təhsil alır. Deməli, vətəndaşlarımız məktəblərdə vətənə sevgi, məhəbbət hissi ilə yetişdirilməlidir ki, 18 yaşına çatıb vətənin müdafiəsinə gedəndə, vətənə layiqincə xidmət edə bilsin. Bu baxımdan məlum yeniliyi təqdir edir və bunu hər baxımdan faydalı hesab edirəm”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR