AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski: “Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial mövqeyindən məmnunuq”

  • + A
  • - A
  • 10-04-2021, 23:10


    “Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial və dəyişməz mövqeyindən məmnunuq”.

    APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri bildirib.

    Müvəqqəti olaraq işğal edilmiş Ukrayna torpaqları Donbas və Kırım haqqında Türkiyə tərəfinə ətraflı məlumat verdiyini deyən V.Zelenski Kırımda insan haqlarının pozulmasına da diqqət çəkib.

    V.Zelenski R.T.Ərdoğanın Kırım Platforması Formatına və bu istiqamətdə bu il avqustun 23-də Kiyevdə keçirilən toplantıya qatılacağına görə təşəkkür edib: “Bu toplantı Ukraynanın və ortaqlarının Kırımın işğalına və Ukrayna ilə Kırım tatarları xalqlarının haqlarını qorumaq istiqamətində çox önəmli mesaj verəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR