AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İkinci Qarabağ müharibəsi regionda yeni reallıq yaradıb

  • + A
  • - A
  • 23-02-2022, 12:46

    İkinci Qarabağ müharibəsi regionda yeni reallıq yaradıb

    Azərbaycan dövləti qonşularla iqtisadi və siyasi maraqların harmoniyasının unikal modelini ortaya qoya bildi. Qonşu dövlətlərlə prioritet ikitərəfli münasibətlərin fəal üçtərəfli əməkdaşlığa transformasiyası baş verdi. Bununla da üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran platformaları formalaşdı və təmsilçiləri olduqları dövlətlərin və xalqların mənafeyinə xidmət etməyə başladı. Artıq postmüharibə dövrünün yeni reallıqları fonunda Prezident İlham Əliyev beştərəfli və hətta Ermənistanın iştirakı ilə altıtərəfli əməkdaşlıq platformalarının yaradaılmasının mümkünlüyü ideyasını irəli sürüb.
    “İkinci Qarabağ müharibəsi regionda yeni reallıq yaradıb. Bu baxımından bugünkü müzakirələrin mövzusu çox aktualdır.
    Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədridir. Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür. Rusiya ilə imzalanmış müqavilədə Azərbaycanın toxunulmazlığına, ərazi bütövlüyünə, suverenliyinə, müstəqil siyasətinə əlavə təminat verilir, Rusiya bir daha üzərinə bununla bağlı öhdəlik götürür.
    İmzalanmış müqavilə Azərbaycanın, onun siyasi rəhbərliyin daha bir uğurudur.
    Zaur Muradov,
    YAP İsmayıllı rayon təşkilatının sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR