AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ölkəmizə səfərə gəlib

  • + A
  • - A
  • 2-06-2022, 13:25

    Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ölkəmizə səfərə gəlib

    Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti “İNCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək üçün iyunun 2-də Azərbaycana səfərə gəlib.
    Azərbaycanın və Türkiyənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR