AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi xəbərinə Aydın Əliyevdən — CAVAB

  • + A
  • - A
  • 19-01-2018, 11:48

    Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi xəbərinə Aydın Əliyevdən — CAVAB














    Bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçirilir.
    "Ölkə.Az" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev rəhbərlik etdiyi qurumun Vergilər Nazirliyinə birləşdiriləcəyi ilə bağlı yayılan xəbər münasibət bildirib.

    "Bi çox ölkələrdə, əsasən də Avropada Gömrük Komitələri Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərir. Biz xalqın və dövləti əsgərləyirik. Harada desələr orada da fəaliyyətimizi davam etdirəcəyik".

    Daha sonra bildirib ki, ötən il gömrük orqanları tərəfindən 1,2 milyon manatlıq qızıl, 1 milyon dollar valyuta ölkədə çıxarılmasının qarşısı alınıb.
    Onun sözlərinə görə, ötən il 2 tondan yuxarı çətənə kolu, 100 kiloqramdan da çox heroin müsadirə edilib: "Ümumilikdə 2,7 kiloqram qaçaqmalın ölkədən çıxarılması qarşısı alınıb".

    O bildirib ki, ötən il 10 nəfər Dövlət Gömrük Komitəsinin əməkdaşı barədə prokurorluq orqanlarına müraciət edilib: "Daha 7 nəfər barəsində DGK nəzdində fəaliyyət göstərən Komitənin daxilindəki İstintaq İdarəsində araşdırma aparılıb".
    Aydın Əliyev ötən il Azərbaycanda iqtisadiyyatı üçün olduqca uğurlu olduğunu deyib.

    O bildirib ki, ötən il idxal 291 mln. manat artıb: “Bu, prezidentin tapşırığına uyğun olaraq həyata keçirilib. Müsbət haldır ki, ötən il müsbət saldo 5 milyard manatdan artıq olub. 2017-ci ildə 2 milyard 250 milyon manatlıq dövlət büdcə proqnozu artıqlaması ilə yerinə yetirilib və 2,8 milyard manat Dövlət Gömrük Komitəsi tərəfindən toplanaraq büdcəyə keçirilib”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR