AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağda narkotik əkib-becərilir, bunun qarşısı niyə alınmır?" - Vitse-spiker hesab sordu

  • + A
  • - A
  • 9-05-2018, 10:54

    "Qarabağda narkotik əkib-becərilir, bunun qarşısı niyə alınmır?" - Vitse-spiker hesab sordu















    "Azərbaycan müstəqil dövlətdir, o, dünya dövlətləri ilə siyasətini müstəqil şəkildə qurur. Ölkəmiz bir sıra beynəlxalq layihələrə imza atıb. Bununla Azərbaycan iqtisadiyyatın təməlini möhkəmləndirir. Azərbaycan bu istiqamətdə Avropa Birliyi ilə də əməkdaşlıq edir. Biz bu işləri tam həyata keçirə bilmirik, terrorçu Ermənistan buna mane olur”.

    Mia.az-ın xəbərinə görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

    O qeyd edib ki, Ermənistan hakimiyyəti erməni xalqını girov götürüb: "Ermənistan bu gün terror siyasəti yürüdür. Bu gün Ermənistanda terror dövlət siyasətidir. Bu siyasətin müəllifi olan Serj Sarkisyanı hakimiyyətdən qovdular. Görək, Sarkisyandan sonra Ermənistanda sağlam düşüncəli insan gələcəkmi? Nə qədər Azərbaycan torpaqları işğal altındadır, Ermənistanda firavanlıq olmayacaq. Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir, yalnız bundan sonra regionda sabitlik yarana bilər. Ancaq Ermənistan beynəlxalq hüququ saymır. Avropa İttifaqı niyə Azərbaycan qarşı ikili siyasət həyata keçirir, işğalçı Ermənistana qarşı isə sanksiya tətbiq.
    Biz istəyrik ki, sülh olsun, əməkdaşlıq edək, amma torpaqlar azad edilsin. Bu, həm də Cənubi Qafqaz regionun inkişafına da səbəb olar. Avropa İttifaqi, Avropa Parlamenti Dağlıq Qarabağ probleminin həlli ilə bağlı addımlar atmır. Niyə Ermənistana sanksiyalar tətbiq etmirsiz? Niyə? Axı hər şey aydındır. Dağlıq Qarabağda narkotik bitkiləri əkib-becərilir, bunun qarşısı niyə alınmır? Axı bu hamının problemidi. Ədalət prinsipi niyə işləmir. Nə vaxta qədər beynəlxalq hüquq sizin üçün məşğuliyyət, bizim üçün isə məhdudiyyət olacaq?”.

    O, fikirlərini yarımçıq saxlayıb: "Mənim daha sözüm yoxdur, bitdi”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR