AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Əgər sən prezidentsənsə, emosiyaları öz kabinetində qoy” - İlham Əliyev

  • + A
  • - A
  • 20-02-2017, 12:30

    “Əgər sən prezidentsənsə, emosiyaları öz kabinetində qoy” - İlham Əliyev

















    "Mən prezident Ərdoğanla və prezident Putinlə danışırdım. Mən bilirəm ki, prezident Nursultan Nazarbayev də bu işdə vasitəçi kimi fəal iştirak edirdi və böyük uğura nail oldu. Əlbəttə, bu ictimai müzakirə üçün deyil, amma şəxsən mən bilirəm ki, onlara normallaşmaya gəlmək necə çətin idi. Həmin fakt göstərdi ki, bu siyasətçilər praqmatizmi rəhbər tuturlar, emosiyaları yox, hansıları ki, kabinetin qapısı arxasında qoymaq lazımdır, axı sən prezidentsən, əgər sən kabinetə emosiyalarla girəcəksənsə, müvəffəqiyyət qazanmayacaqsan, öz ölkəndə və regionda yalnız xaos yaradacaqsan"

    Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Avrasiyanın Gizli problemləri" mövzusunda keçirilən müzakirələrdə aparıcının təyyarənin vurulması hadisəsindən sonra kəskinləşən Rusiya-Türkiyə münasibətlərinin qısa müddətdə necə düzəlməsi və bu məsələdə rəsmi Bakının mövqeyi ilə bağlı sualını cavablandırarkən deyib.

    İlham Əliyev xatırladıb ki, Azərbaycanın İran, Rusiya və Türkiyə ilə - hansıların ki, tarixin müxtəlif dövrlərində bir hissəsi olub, çox yaxşı münasibətləri saxlanılıb.

    "Bu münasibətlər qarşılıqlı hörmətə, bir-birinin daxili siyasətinə qarışmamaq və bizim milli maraqlarımızın praqmatizminə əsaslanır. Buna görə Azərbaycan üçün ən pis ssenari bizim qonşularımızın arasında nəsə olanda - necə ki, məsələn, 2008-ci ildə Rusiya-gürcü müharibəsi günlərində və ya Rusiya təyyarəsinin vurulmasından sonra olmuşdu, olur. Biz bunda regional sabitliyə ciddi təhlükə gördük, bizə isə sabitlik lazımdır, Azərbaycanın özündə olduğu kimi, axı biz adada yaşamırıq və sərhədlərimizdə nələrin baş verdiyinə biganə qala bilmərik, çünki bütün bunlar bizə də təsir edir – həm müsbət, həm də mənfi mənada", - deyə prezident vurğulayıb.

    Buna görə də Azərbaycan qonşuları Rusiya və Türkiyənin bu böhrandan çıxmalarına kömək üçün əlindən gələni etməyə çalışdı.

    "Hamıya məlumdur ki, Azərbaycan Rusiya və Türkiyə arasında münasibətləri qaydaya salmağa kömək edən ölkələrdən biri idi. İstənilən halda vacib deyil ki, bizim bu və ya digər ölkə ilə münasibətlərimiz nə qədər sıxdır, biz həmişə beynəlxalq qanunvericiliyin əsas prinsiplərini rəhbər tuturuq. Beynəlxalq qanunvericiliyə hörmət etmək lazımdır. Kim ki beynəlxalq qanunları pozur, səhvdir və biz həmişə bu haqda deyirik. Biz bütün ölkələrin, hansıların ki, nümayəndələri bu gün burada bizimlə bir masa arxasında otururlar, ərazi bütövlüyünü dəstəkləyirik. Biz özümüz ərazi bütövlüyünün pozulmasından zərər çəkmişik – buna görə ərazi bütövlüyü məsələsi bizim üçün toxunulmazdır", - deyə o xüsusi qeyd edib.

    "Digər tərəfdən, biz baxırıq ki, riskləri azaltmaq üçün nə etmək olar. Rusiya-Türkiyə böhranı həm geosiyasi, həm də bütün qonşular üçün ciddi risk idi. Bundan başqa, onların hər ikisi bizim əsas iqtisadi tərəfdaşımızdır. Buna görə, mən hesab edirəm ki, əgər biz onlara bu çətinliklərin öhdəsindən gəlməyə kömək edəcəyiksə, müəyyən etibara layiq olacağıq. Və mən onu da demək istəyirəm ki, sabitliyin amili kimi Azərbaycanın rolu beynəlxalq cəmiyyət tərəfindən daha çox etiraf edilir", - deyə İlham Əliyev əlavə edib.(Virtualaz.org)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR