AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Havanada Azərbaycan və Kuba arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü qeyd edilib

  • + A
  • - A
  • 29-03-2024, 23:39

    Havanada Azərbaycan və Kuba arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü qeyd edilib

    28 mart tarixində Havana şəhərində Azərbaycan Respublikasının Kubadakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan və Kuba arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü münasibəti ilə konsert keçirilib.

    Tədbirdə Kuba XİN, Parlament, Mədəniyyət Nazirliyi, habelə Kubada akkreditə olunmuş diplomatik korpusun və KİV-in nümayəndələri, o cümlədən yerli ictimaiyyətin üzvləri iştirak edib.

    Tədbirdə açılış nitqi ilə çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev Azərbaycan və Kuba arasında münasibətlərin möhkəm tarixi dostluğa söykəndiyini, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra da Kuba ilə dostluq əlaqələrinin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə önəm verdiyini diqqətə çatdırıb. Səfir 2007-ci ildən Kubanın Azərbaycanda Səfirliyinin təsis olunduğunu, həmin il ölkəmizin də Havana şəhərində diplomatik ofisinin açıldığını və 2022-ci ilin sonlarından etibarən Azərbaycanın Kubada Səfirliyinin fəaliyyətə başladığını bildirib.

    R.Rzayev son müddətdə ikitərəfli münasibətlərdə müşahidə olunan müsbət dinamikadan, həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərdən danışaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişafı etməsi üçün geniş imkanların olduğunu vurğulayıb. 2023-cü ildə ilk dəfə olaraq Azərbaycan və Kuba XİN-ləri arasında siyasi məsləhətləşmələrin baş tutduğunu qeyd edən səfir, bunun da öz növbəsində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verdiyini söyləyib və ölkəmizin Kuba ilə müxtəlif sahələrdə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

    Daha sonra tədbir Azərbaycan Respublikasının əməkdar artisti Maestro Ceyhun İsmayılovun ifasında Azərbaycan, Kuba, eləcə də dünya musiqisinin müxtəlif əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

    Konsertdə habelə, kubalı musiqiçi Laura Valdivianın iştirakı ilə Azərbaycan və Kuba musiqilərinin birgə ifası da səsləndirilib.

    Tamaşaçıların böyük marağına səbəb olan konsert gurultulu alqışlarla qarşılanıb.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR