"Nərimanov" stansiyasının çıxışında təmir işləri aparılır

"Bakı Metropoliteni" QSC "Nərimanov" stansiyasının 4-cü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlayıb.
Bu barədə səhmdar cəmiyyət xəbər verir.
Məlumata görə, təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq 5 saylı çıxışdan istifadə etmələri xahiş olunur.
İşlərin noyabrın sonuna qədər tamamlanması nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.