AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əməkdaşına edilən hücumla bağlı İTV-dən AÇIQLAMA

  • + A
  • - A
  • 9-06-2020, 19:00

    Əməkdaşına edilən hücumla bağlı İTV-dən AÇIQLAMA

    İctimai Televiziya və Radio Yayımları Şirkətinin bölgə müxbiri Şöhrət Eyvazov Bərdə rayonunda pandemiya ilə bağlı süjet edən zaman hücuma məruz qalıb.

    Bu barədə Oxu.Az-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

    Belə ki, rayondakı apteklərin birində maskalarla bağlı vəziyyəti araşdırmaq üçün çəkiliş aparmağa aptekə daxil olan Ş.Eyvazova anidən aptek sahibi hücum edib. Çəkilişi əngəlləməyə cəhd göstərən aptek sahibi tərəfindən Ş.Eyvazova və İctimai Televiziyanın əmlakına ziyan dəyib.

    Zərərçəkmiş tərəfindən Bərdə rayon Polis İdarəsinə ərizə ilə müraciət edilib. Hazırda faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Qeyd edək ki, uzun illərdir İctimai Televiziya ilə cəbhə bölgəsi üzrə əməkdaşlıq edən Şöhrət Eyvazov Qarabağ müharibəsi veteranı və ehtiyatda olan zabitdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR