Azərbaycanda son sutkada koronavirusa 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 231 840 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb, 3173 nəfər vəfat edib, aktiv xəstə sayı 2322 nəfərdir.
Ölkədə son sutka ərzində 7260, hazırkı dövrədək isə 2 485 483 test aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.