Mayın 9-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi ilə Nazirliyin nümayəndələri faşizm üzərində Qələbədən sonra həyatlarını daxili işlər orqanlarında xidmətə sərf etmiş bir qrup Böyük Vətən müharibəsi iştirakçısının evində olublar. Onlar daxili işlər nazirinin səmimi təbriklərini və bayram hədiyyəsini veteranlara çatdırıblar.
Bildirilib ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 76 il keçir. Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra imzaladığı Sərəncamla hər il mayın 9-u Qələbə Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə, müharibə veteranlarının sosial-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılmasına başlanılıb, onların müalicələrinin təşkili istiqamətində əsaslı tədbirlər həyata keçirilib, müvafiq fərman və sərəncamlar imzalanıb.
Qeyd olunub ki, ümummilli liderin Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Veteranlardan Müseyib İlyasov, Mehdi Mehdiyev, Əli Hacıyev, Səfər Abdullayev, Əzim İbrahimov və David Baxşiyev göstərilən yüksək diqqət və qayğıya görə ölkəmizin başçısına və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.