“Vəziyyəti ağırlaşıb süni nəfəs aparatına qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır”.
Azadmedia.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı tvitterdəki şəxsi hesabında paylaşıb.
Paylaşımda daha sonra deyilir:
"Sağlamlığımızı virusun təhdidləri qarşısında aciz buraxmayaq. Nəticələrin müsbətə doğru dəyişməsi üçün birlikdə mübarizə aparaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.