"YAŞAT" Fondu bu gün sosial şəbəkələrdə Şəhidlərimiz Allahverdiyev Nazir Xasay oğlu və Allahverdiyev Tacir Xasay oğlunun ailəsinin söylədiklərinə münasibət bildirib. Azadmedia.az Fondun açıqlamasını təqdim edir:
Şəhidlərimiz Allahverdiyev Nazir Xasay oğlu və Allahverdiyev Tacir Xasay oğlunun ailəsinin ilk müraciəti istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə qeydə alınmış, şəhidin anasının “Kapital bank” ASC-yə olan 3 541.46 AZN (üç min beş yüz qırx bir manat qırx altı qəpik) dəyərindəki borc öhdəliyi Fond tərəfindən qarşılanmışdır.
Şəhidlərimizin anasının növbəti müraciəti məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə qeydə alınmış, onun cari bank hesabına 2021-ci ilin 07 iyul tarixində 5 000 AZN (beş min manat) vəsait köçürülmüşdür.
Şəhidlərimizin anasının məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə növbəti müraciətinə baxılmış və aidiyyəti üzrə dəstək göstəriləcəkdir.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.