AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Günün ULDUZ FALI: sizi tora salmaq üçün dəridən-qabıqdan çıxırlar

  • + A
  • - A
  • 5-04-2022, 08:00

    Günün ULDUZ FALI: sizi tora salmaq üçün dəridən-qabıqdan çıxırlar


    AzadMedia.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

    Qoç - ən çətin işləri çözməyə çalışın. Məhz həmin işlərdə daha ciddi irəliləyişə və uğurlara nail ola bilərsiniz. İşgüzar danışıqlar, önəmli tədbirdə iştirak üçün əlverişli zamandır. Sənədlərlə iş, hesabatların hazırlanması, maliyyə planlaşdırması üçün əlverişli zaman deyil.

    Günün ikinci yarısı şəxsi münasibətlər baxımından çətin gündür. Həddən artıq enerjili davranmaqla yaxın ətrafınızdakı insanları usandıra bilərsiniz. Yaşam ritminizə riayət olunmasını yaxın ətrafınızdakı adamlardan tələb etməyin. Belə olarsa, ideyalarınız aqressivliklə qarşılanacaq.

    Buğa - günün hadisələri sizi sevindirə bilər. Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə də xoş sürprizlər olacaq. Yeni tanışlıqlar istisna deyil. Rəğbət bəslədiyiniz insandan dəstək almaq üçün onunla danışın, təmasların indiki durumunu müzakirə edin. İntuisiyanız kəskin olmalıdır. Məhz onun sayəsində kiminlə çalışmağın mümkün olduğunu, kimdən də uzaq durmaq gərəkdiyini aydınlaşdırın.

    Günün ikinci yarısı maliyyə məsələlərinin həlli üçün əlverişlidir. Qəfil gəlir və dəyərli hədiyyə istisna deyil. Faydalı, sərfəli kommersiya anlaşması, sövdələşmə və müqavilə reallaşa bilər. Səfər və ya səyahətlər məsləhət deyil. Uzaqdan gələn qonaqları qəbul etməli olacaqsınız.

    Əkizlər - özünüzdə nəyisə dəyişməyə çalışın. Bunun üçün imiclə bağlı eksperimentlər etmək, yeni maraqların təminatına çalışmaq, daxili dəyişikliklərə cəhd göstərmək olar. Hansı nəticəyə nail olmaq istədiyinizi konkretləşdirin. Bu barədə mütləq düşünün.

    Günün maliyyə fonu birmənalı deyil. Gəlirlər istisna deyil. Amma xərclər də az olmayacaq. Hansısa yeni işdə ciddi uğurlara nail ola bilərsiniz.

    Xərçəng - dostlar və tərəfdaşlarla ünsiyyət sizə xeyli xoş təəssüratlar verəcək. Yeni müttəfiqlərlə yanaşı, nüfuzlu hami tapa bilərsiniz. Onlardan biri problemlərinizin əksəriyyətini həll etməyə hazır olacaq. Lakin yaxın ətrafınızdakı insanların sizə verdikləri dəstəyin əvəzini verməyə də hazır olun.

    Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yarana bilər. Fəqət münaqişənin yaranmasına imkan verməyin, problemin normal həll yolunu tapın.

    Konfliktli vəziyyəti çözmək üçün bəzi maraqlardan imtina etmək gərəkdir.

    Şir - çox ciddi problemlərin həllində sizə yardım edə biləcək nüfuzlu insanlardan dəstək ala bilərsiniz. Mümkünsüzü mümkün etmək imkanları var. İşləriniz və fəaliyyətiniz diqqəti cəlb edəcək. Yeni müttəfiqlər və tərəfdaşların olması istisna deyil.

    İctimai tədbirlərə qatıla bilərsiniz.

    Günün ikinci yarısı maliyyə məsələlərinin həlli üçün əlverişlidir. Gəlirlər gözlədiyinizdən də artıq olacaq. Şəxsi həyatınızda yaxşı dəyişikliklər olacaq. Nikbinlik və sabahkı günə inam yaxın ətrafınızdakı insanları sizə cəlb edəcək.

    Qız - xoş və rahat gündür. Başladığınız işləri asanlıqla başa vura bilərsiniz. Xoş sürprizlər, qəfil uğurlar istisna deyil. Son vaxtlar sizi ciddi narahat edən problemlər gözlənilməz halda çözümünü tapacaq.

    İşgüzar fəaliyyət baxımından passivlik vəd edən gün olsa da, uzunmüddətli planlar qurmaq olar.

    Günün ikinci yarısında ev işləri ilə məşğul olun. Yaşam arealınızda qayda yaradın, şəraiti nizama salın. Dəvət aldığınız yerə axşam saatlarında qatılın. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın.

    Tərəzi - günün ilk yarısında problemlər, qayğılar və xoşagəlməz hadisələr olacaq. Soyuqqanlı, təmkinli olun. Səbrlə davransanız, çətinliklərin öhdəsindən gələcəksiniz. Əlverişli anı gözləyib situasiyaya süni təkan verməyin.

    Günün ikinci yarısı danışıqlar, sövdələşmə, ünsiyyət üçün əlverişlidir. İşlərinizdə sizə yardım edə biləcək insanlarla sıx təmaslar qurun. Uzun müddətdən bəri küsülü qalan qohumları barışdırmağa çalışın. Ailəvi münasibətlərdə harmoniyanı bərpa edin.

    Əqrəb - bilik, məlumat və təcrübənin artırılması üçün əlverişli gündür. Əldə edəcəyiniz informasiya peşəkar fəaliyyət müstəvisində irəliləyişə imkan verəcək. Səhhətinizə fikir verin. Qeyri-ənənəvi təbabətdən yararlana bilərsiniz.

    Günün ikinci yarısında istənilən kiçik hadisələrə, məişətdəki anlamsızlıqlara kəskin reaksiya verməyin. Yaşam və ya fəaliyyət arealındakı düzənsizlik belə, əhvalınızı poza bilər. Yaxınlarınızla təmaslarda həddən ziyadə tələbkar olmayın. Münaqişələrə rəvac verməyin.

    Önəmli məsələlərin müzakirələrində güzəştə getməyi bacarın.

    Oxatan - əvvəlcədən hazırlanmış plana riayət etmək çox çətindir. Hadisələr təxminlənən məcra ilə inkişaf etmir. Situasiyaya uyğunlaşmağa çalışın. Əsla gözləmədiyiniz yerdən yardım təklifi alacaqsınız. Çətin vəziyyətdə sizə əl tutmuş insana minnətdarlıq etməyi unutmayın. Əks halda inciklik yarana bilər.

    Günün ikinci yarısı yeni tanışlıqlar üçün pis deyil. Sayıq olun, kimlə gəldi əlaqələr qurmayın. Bu gün başlanacaq romantik münasibətlər uzunmüddətli və ciddi olacaq.

    Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.

    Oğlaq - evdən uzaqdasınızsa, işlərinizdə uğurlar əldə edə bilərsiniz. Rahatlığı qurban verin, günün adi axarını dəyişin: məqsədə çatmaq üçün bütün vasitələrdən yararlanın. Səylərinizi əsirgəməyin.

    Yeni təəssüratlar xoş olacaq.

    Günün ikinci yarısı yeni tanışlıqlar vəd edir. Perspektivli təmaslar qurmaq şansı az deyil. Təşəbbüskar olmaqdan çəkinməyin. Bəyəndiyiniz insana doğru ilk addımı atın.

    Dolça - kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etsin. Etibarınızdan sui-istifadə etmək istəyənlər az deyil. Onlar sizi tora salmaq üçün dəridən-qabıqdan çıxırlar. Belələrinin çirkin əməllərini faş etmək həddən ziyadə çətindir.

    İşdə həmkarlarınızla münasibətləriniz sərtləşə bilər. Onların sizə xeyli iradları var. Rəhbərlik öz səhvlərinə və yanlış qərarlarına görə məsuliyyəti sizin boynunuza atmağa çalışır.

    Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Yaşanan hadisələr sizi sevindirəcək. Yeni münasibətlərə başlamaq üçün əlverişli zamandır. Təşəbbüskar olun, hisslərinizi etiraf edin.

    Balıqlar - adi və rutin, yeknəsək gündür. Böyük sevinclər, ağır kədərlər olmayacaq. Maraqlı işlər seçib həmin istiqamətlərdə irəliləyişlərə nail olmağa çalışın. Maraqlanmadığınız işləri isə təxirə salmaq olar.

    Belə davransanız, problemlər yaranmaz.

    Günün ikinci yarısında izafi xərclərə yol verməyin, ciddi ehtiyac duymadığınız əşyalar almayın. Qənaətcil olun. Pullarınızı mənasız nəsnələrə sərf etməyin.

    Ehtiyatlı olun. Travma riskləri var. (Milli.Az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR