AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib

  • + A
  • - A
  • 18-05-2022, 02:16

    Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib.
    Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə xüsusi qayğı göstərdiyi diqqətə çatdırılıb.
    Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşları fərdi qaydada qəbul edib. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. 30 ilə yaxın işğal altında saxlanılan rayonlar tamamilə məhv edilib, şəhərlər, kəndlər yenidən qurulur. Məcburi köçkünlər üçün yaşayış sahələri də işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. İlk növbədə ağır şəraitdə yaşayan ailələr olmaqla, məcburi köçkünlərin mərhələli qayıdışı təmin olunacaq.
    Qəbulda vətəndaşların müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR