AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Respublika Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

  • + A
  • - A
  • 27-05-2021, 18:34


    Mayın 27-də Qaradağ rayonunun Ümid qəsəbəsində məcburi köçkünlərin təşəbbüsü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Respublika Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
    Ümid qəsəbəsində məcburi köçkünlər üçün salınmış müasir tipli yaşayış kompleksi Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət probleminin həllinə göstərdiyi diqqət və qayğının bariz təzahürüdür. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına Birinci vitse-prezident Mehriban Əliyeva da daim dəstək göstərib, onların müraciətlərinə həssaslıqla yanaşıb. Bu gün məcburi köçkünlərin mütləq əksəriyyəti doğma yurda qayıtmağa hazırlaşır.
    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu işğal altında olan ərazilərimizi azad edib. Bu ərazilərdə bərpa-quruculuq işlərinə başlanıb. Təhlükəsizlik tədbirləri görülür, rabitə-kommunikasiya xətləri qurulur, yollar çəkilir.
    Ata-baba ocağına qayıdış ərəfəsində məcburi köçkünlər uzun illər müvəqqəti məskunlaşdıqları ərazilərdə yerli sakinlərə minnətdarlıq əlaməti olaraq, abadlıq və yaşıllaşdırma işlərinə töhfə vermək istəyirlər. Ağacəkmə aksiyası da məhz belə xoş niyyətlə keçirilib.
    Aksiyada iştirakçıları onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə təşəkkür bildiriblər. İşğaldan azad edilmiş ərazilərdə onlar üçün bundan da yaxşı şərait yaradılacağına əminliklərini ifadə ediblər.
    Qəsəbənin ərazisində 103 ağac əkilib.
    Tədbirdə Dövlət Komitəsinin əməkdaşları və məcburi köçkün icmasının nümayəndələri iştirak ediblər.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR