AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-nun şəffaflığı "bəzilərinin gözünü qamaşdırıb"

  • + A
  • - A
  • 21-06-2022, 17:00

    ADAU-nun şəffaflığı "bəzilərinin gözünü qamaşdırıb"


    Bütün ali məktəblərdə imtahan vaxtıdır. ADAU-da da imtahan həyacanı ilə dəhlizlərdə, Universitetin həyətində toplaşan tələbələri görmək mümkündür. 22 iyun 2022-ci il tarixdən lV kurs tələbələrinin Yekun Dövlət İmtahanları başlayır.
    İmtahanların şəffaf keçirilməsi xəbərini nəinki tələbə və valideynlərdən, hətta uzun illər Universitetdə rektor işləyən akademik İbrahim Cəfərovun şəxsi facebook səhifəsindən media və ictimaiyyət nümayəndələrini imtahanın gedişini izləməsinə dəvət etməsindən də hiss etmək olur. Təəssüf ki, rektorun media nümayəndələrini Universitetə imtahanı izləməyə dəvət etməsini jurnalistikadan xəbəri olmayan, əlinə hansı vasitələrləsə pul keçirib domen alıb sayt açan "jurnalistlər" səhv başa düşüb. İşləri-peşələri idarə və müəssisələri gəzərək bəzən yazıq görkəm alan, bəzən də öz aləmlərində özlərini prokuror kimi aparan bu "qələm əhli" hesab edir ki, əgər Universitetə dəvət edilirlərsə, bəh-bəhlə birbaşa rektorun otağına aparılmalı, ciblərinə paket qoyub geri yola salınmalıdır. Fəaliyyətləri bundan o yana keçmıyən belələri üçün illərlə çəkilən zəhmət, universitetdə yaradılan şəffaf şərait maraqlı deyil. Yaratdıqları saytlarının özlərindən başqa oxucuları olmayan belələrinin şikarı boşa çıxanda, hədəflərində olan obyektdən cibləri boş çıxanda keçirlər şantaja. Unudurlar ki, indi müasir zamandı. ADAU-nun fəaliyyəti göz önündədir. Rektor İ.Cəfərov cəmiyyətə açıq adamdı, hər görülən işi şəxsi səhifəsində paylaşır, ona ünvanlanan suallara yerindəcə cavab verir. Tələbələr də əvvəlki tələbə deyil. Hər birinin əlində müasir telefon, istənilən neqativ halı anındaca çəkib paylaşmaq iqtidarındadırlar. Ortada heç bir fakt olmadan məkrli əməllərin sahibləri guya öz saytlarında rektoru şantaj edir. Yalan ayaq tutsa da, yeriməz. Hər kəs öz adı ilə çağırılsa, yaxşı olar. Yel qayadan heç nə aparmadığı kimi, yazılan böhtanlar da nə ADAU-ya, nə də hörmətli akademik İbrahim Cəfərova heç nə edəsi deyil. Ara yerdə jurnalistlikadan xəbəri olmayıb özlərini media cameəsinə yamaq edənlər ümumi medianın nüfuzuna xələl gətirir. Unudurlar ki, o əməllərin qatarı çoxdan gedib. İndi pul qazanmaq üçün şantaj yox, zəhmət tələb edilir, əks təqdirdə dəmir barmaqlıqlar bir nəfəs qədər yaxındır.

    Xəlil Xəlilov,
    Təsisçi və Baş redaktor


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR