ADAU-nun rektoru, akademik İbrahim Cəfərov şəxsi facebook hesabından vətəndaşlara, valideynlərə və KİV-ə müraciət edərək, onları ADAU-ya, imtahan proseslərini izləməyə dəvət edib. Azadmedia.az ADAU-nun rektoru, akademik İbrahim Cəfərovun sözügedən dəvət statusunu təqdim edir:"Dəyərli dostlar, əziz tələbələr, hörmətli valideynlər, KİV nümayəndələri, sayt rəhbərləri və imtahan prosesi ilə maraqlanan sadə vətəndaşlar!
Azərbaycan Dövlət Aqrar Universitetində yaz imtahan sessiyası davam edir. 22 iyun 2022-ci il tarixdən lV kurs tələbələrinin Yekun Dövlət İmtahanları da başlayır və yuxarıda qeyd etdiyim insanları bütün imtahan proseslərini izləməyə dəvət edirəm. Bizdə hər gün “ Açıq qapı”dır, gəlin, tələbələrlə, müəllimlərlə, valideynlərlə söhbət edin və imtahan prosesini gedişatını izləyin. Bizim kimdənsə gizlətməyə sirrimiz yox. Buyurun!"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.