Vətən müharibəsinə yollanan, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Eldar Həsənlinin ailəsinin məişət şəraiti “YAŞAT” Fondu tərəfindən yaxşılaşdırılıb, tibbi xərcləri, borc öhdəlikləri qarşılanıb və dünyaya gələn övladı üçün depozit hesabı açılaraq 5000 AZN vəsait onun hesabına yerləşdirilib.
Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (
https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
"Youtube" video: https://youtu.be/6ixAkLe6AUQ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.