Qəzanın aradan qaldırılması ilə bağlı bəzi ərazilərdə su olmayacaq. Azadmedia.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat daxil olub. Bildirilib ki, 1-ci Kur-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 14 fevral 2023-cü il tarixində gün ərzində Hacıqabul rayonunun Qızılburun və Atbulaq, Bakının Qaradağ rayonunun Ələt, Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.