"Elə bilirdiniz ki, marketlərdəki polietilen torbalar bu günə qədər havayı verilirdi? Xeyr, elə şey yoxdur".
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab edilən torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür:
"Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin, onların istehsalına və satışına sərf edilən digər məsrəflər daxildir. Torbanın xərci də yazdığım sonuncu hissədə gizlənirdi. İndi bu xərci sadəcə çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə tullamasınlar. Torbalar nisbətən ekoloji tələblərə uyğun olsun, insanlar da daha səmərəli istifadə etsin.
Bu günə qədər torbanın qiyməti çek üzərində yazılmadığına görə elə bilirdik ki, market sahibi cibindən bizə polietilen torba alır. Sadəlövh olmayın. Bu dünyada yalnız valideynin övladına olan məhəbbəti havayıdır, qalan heç nə havayı deyil".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.