AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Onları birmənalı şəkildə boş vermək lazımdır

  • + A
  • - A
  • 6-03-2023, 09:23

    Onları birmənalı şəkildə boş vermək lazımdır

    Yadımdadır, uşaqlıq vaxtlarımızda hansısa qohum, tanış evimizə zəng edib hansısa qonşumuzun ev telefon nömrəsini soruşanda, "diyəsən, 575-di, səhv etmirəmsə, 762 olmalıdır, dəqiq bilmirəm, təqribi bilirəm, təqribi bildiyimi deyim mi?" və.s sözlərlə cavab verərdim, bu xüsusiyyətimə hələ də əməl etməkdə davam edirəm, bəzi məlumatları belə verməyi tövsiyə edirəm, yalançı kimi tanınmaq etimalımız sıfıra enir, vicdanımız rahat olur.

    Əvvəla yaxşı olar ki, insanlar etimallardan, fərziyyələrdən ibarət fikirlər səsləndirməsinlər, yox əgər buna məcburdurlarsa, bu onların işidirsə heç olmasa, "bu mənim şəxsi fikrimdir, öz ağlımı, savadımı ortaya qoyuram, verdiyim informasiyalar, paylaşdığım fikirlər cəmiyyət üçün təhlükəli, zərərli ola bilər" və.s sözlərdən və bənzər sözlərdən ibarət xəbərdarlıqlar etsinlər.

    Xaricdə yaşayan anti-milli şəxslərə kimsə inanmır, hərkəsə məlumdur ki, onlar daim sayıqlayır, şübhəsiz bir gün məsuliyyətə cəlb olunacaqlar, əməllərinə görə ən ağır cəzanı alacaqlar. Onları birmənalı şəkildə boş vermək lazımdır, onların yaşadığı həyat əxlaqsızlığın ən ağır formasıdır.

    Ölkə daxilində hərkəs diqqətli olmalıdır, ictimaiyyəti çaşdırmaq olmaz, xəbər paylaşmaq, fikir paylaşmaq məsuliyyətli işdir, heç olmasa "diyəsən", "etimal edirəm", "mən belə düşünürəm", "fikirlərim cəmiyyətə ziyanlı ola bilər" və.s sözlər və bənzər sözlər əlavə edin paylaşımların başında, dezinformasiyalar tez yayılır və nəticələri neqativ, çox ağır ola bilir. Dövlət maraqlarına, güc strukturlarının işinə xələl gətirən fikirlər isə heç bir halda yol verilən deyil, "şəxsi fikrimdir" deyə qeyd edilsə belə.

    Yalan xəbərlər yaymaqla, yanlış olan şəxsi düşüncələri paylaşmaqla Azərbaycan Polisinin işini ağırlaşdırmaq yolverilməzdir. Cinayətkarlıqla mübarizə qətiyyətlidir, Polis öz işinin öhtəsindən artıqlamasıyla gəlir. Dünən baş vermiş hadisəyə müxtəlif don geyindirmək yolverilməzdir, hadisə ilə bağlı dəqiq, şəffaf və qərəzsiz bilgiləri ictimaiyyətə hüquq-mühafizə orqanları verəcək, işin detallarını adi vətəndaş bilə bilməz, ona görə də bəzi vətəndaşların hadisə ilə bağlı müxtəlif yanlış yozmaları böhtan, dedi-qodu sayılır, zərərlidir.

    Azərbaycan Polisinin möhtəşəm olduğuna dünən baş vermiş hadisədən sonra bir daha hərkəs şahid oldu.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR