AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səhifələr necə ələ keçirilir? - Zərərçəkmişdən AÇIQLAMA

  • + A
  • - A
  • 5-04-2023, 12:05

    Səhifələr necə ələ keçirilir?  - Zərərçəkmişdən AÇIQLAMA

    Son günlər tanıdığımız xeyli dostların facebook səhifəsi ələ keçirilir. Görünən odur ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hakerlərin yanında aciz qalıb. Çünki profili oğurlanan şəxslər geri qaytarmaq üçün əziyyət çəkir.
    Profili ələ keçirilənlərdən biri Əməkdar jurnalist Şəmsiyyə Kərimovadır. Şəmsiyyə xanıma digər tanınmış Əməkdar jurnalist Telli Pənahqızından mesaj gəlib, Şəmsiyyə xanım həmkarının profilinin ələ keçirilməsindən xəbərsiz olub, onun dediklərini sorğulamadan edib. Nəticədə özünün facebook profili və mesengeri ələ keçirilib. Hazırda Şəmsiyyə xanımın adından dostlara mesaj gedir, uduş kampaniyası təbliğ edilir, şirnikləndirmək üşün 500 manatlıq çəkin fotosu yollanır.


    Şəmsiyyə xanım Azadmedia.az vasitəsilə sosial şəbəkə istifadəçilərini aldanmamağa və səhifəsinin geri qaytarılmasına dəstək üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevdən kömək istəyir.
    Qeyd: Nümunə üçün Şəmsiyyə xanımın adından dostlarına göndərilən mesajları təqdim edirik.
    Elnurə Abuşova



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR