Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniya Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
Bu barədə Prezident Zelenski "Twitter" hesabında bildirib.
Telefon danışığı zamanı Ukrayna Prezidenti Zelenski cəbhədəki vəziyyət, ölkənin müdafiə ehtiyacları barədə Böyük Britaniyanın hökumət başçısını məlumatlandırıb, tərəflər planlaşdırılan beynəlxalq tədbirləri müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.