AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıtdan şikayət - Müvafiq qurumların “vasitəçiliyi ilə” sonradan edilən artırmalar nəticəsində bina çökmək, əyilmək üzrədir

  • + A
  • - A
  • 26-04-2023, 02:27

    Sumqayıtdan şikayət - Müvafiq qurumların “vasitəçiliyi ilə”  sonradan edilən artırmalar nəticəsində bina çökmək, əyilmək üzrədir

    Sumqayıtdan Azadmedia.az-a şikayət daxil olub. Şikayətçilər bildirir ki, binanın bəzi sakinlərinin vaxtilə müvafiq qurumların “vasitəçiliyi ilə” sonradan etdiyi artırmalar nəticəsində bina çox yüklənərək çökmək, əyilmək üzrədir. Azadmedia.az məktubu və göndərilən fotoları təqdim edir:


    Azərbaycan Respublikasının Prezidenti
    Möhtərəm Cənab İlham Əliyevə

    surəti: Azərbaycan Respublikasının
    Birinci Vitse-Prezidenti
    Hörmətli Mehriban Xanım Əliyevaya

    surəti: Azərbaycan Respublikasının
    Baş Naziri cənab Əli Əsədova

    surəti: Azərbaycan Respublikasının
    Fövqəladə Hallar Naziri
    Cənab Kəmaləddin Heydərova

    surəti: Azərbaycan Respublikasının
    Milli Məclisinin sədri Sahibə Qafarovaya

    surəti: Azərbaycan Respublikasının
    İnsan Hüquqları üzrə müvəkkili,
    Ombudsman hörmətli Səbinə Əliyevaya

    surəti: Azərbaycan Respublikasının KİV və sayt rəhbərlərinə

    Sumqayıt şəhəri, 30-cu məhəllə, 2A/15 saylı yaşayış binasının sakinləri tərəfindən


    ŞİKAYƏT ƏRİZƏSİ


    İrandakı 4.5 bal gücündəki zəlzələdən sonra qardaş Türkiyə, Suriyada bir-birinin ardınca zəlzələlər baş verdikdən sonra Paytaxtımız Bakıda və Sumqayıtda köhnə binaların taleyi də gündəmə gəlib. Təməli möhkəm qoyulmayan, zəlzələ dayanıqlığı nəzərə alınmayan binalar yerlə-yeksan olur. Bu baxımdan sovetdən qalma binalar daha risklidir, onların dözümlülüyünə zəmanət yoxdur. Sovet dövründə inşa edilən 3-4 mərtəbəli binaların çoxunun istismar müddəti başa çatıb. Sovetdən qalma digər binaların təbii fəlakətə davamlılığına zəmanət yoxdur. Binalar möhkəm tikilsə belə sonradan edilən artırmalar binaları çox yükləyib. Bu artırmalar binanın təməlini zədələyir, binaya ağırlıq salır. Onsuz da istismar müddəti bitmiş binalar, bu artırmalara uyğun olaraq əyilir. Yəni təbii fəlakətlər zamanı da risk qrupuna aid olur.
    Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən 2A/15 saylı yaşayış binası da risk qrupuna aid olan binalardandır. 32 mənzildən ibarət 4 bloklu 4 mərtəbəli yaşayış binası sonradan 4 tərəfdən artırılıb. Binanın bəzi sakinlərin vaxtilə müvafiq qurumların “vasitəçiliyi ilə” sonradan etdiyi artırmalar nəticəsində bina çox yüklənərək çökmək, əyilmək üzrədir. Sonradan edilən qeyri-simmetrik artırmalarda dar sütunlardan, borulardan istifadə edilib. Konstriktiv möhkəmlikləri çox zəifdir. Təhlükə anında bu bina texnoloji baxımdan standartlara cavab vermir. Heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. Dünya xəritəsində Azərbaycan da seysmik zona hesab olunur. Bəzi sakinlərin tamahı güc gəlir, artıq yer qazanmaq üçün başqalarının həyatlarını riskə atırlar. Yerli qurumlar da bu cür artırmaların qarşısını almalıdır.
    Sizdən xahiş edirik Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən 2A/15 saylı yaşayış binasında bəzi sakinlərin sonradan etdikləri artırmaların standartlara uyğunluğunun yoxlanılması üçün bizdən öz köməyinizi əsirgəməyəsiniz.
    Öncədən Sizə minnətdarıq.


    Sumqayıt şəhəri, 30-cu məhəllə, 2A/15 saylı
    yaşayış binasının sakinləri adından Əliyeva Yasəmən
    tel. 546-72-64




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR