AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Növbəti 2 günün hava proqnozu AÇIQLANDI

  • + A
  • - A
  • 2-07-2023, 13:00

    Növbəti 2 günün hava proqnozu AÇIQLANDI


    Faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən xəbərə görə, iyulun 02-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti iyulun 01-i axşamadək davam edib.İyulun 02-də gecə və səhər əsasən yağmursuz keçib.

    Düşən yağıntının miqdarı Qobustanda 10 mm-dək, Astarada 8 mm-dək, Qrızda 6 mm-dək, Lerik, Ağdam, Sabirabad, Cəfərxan, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı, Quba, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Neftçala, Lənkəran, Biləsuvarda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

    Qrız, Şahdağ, Biləsuvar, Salyan, Lerikdə duman müşahidə olunub.

    İyulun 01-də Bakıda iqlim normasından 2 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28 dərəcəyədək isti, Naxçıvan MR-da 35 dərəcəyədək isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti, aran rayonlarında 31 dərəcəyədək isti olub.

    İyulun 02-04-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 29-34 dərəcə, Naxçıvan MR-da və aran rayonlarında 31-36 dərəcə, dağlıq rayonlarda isə 17-22 dərəcə isti olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR