AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda COMSATS ilə birgə Təlim Mərkəzi yaradılacaq

  • + A
  • - A
  • 19-07-2023, 11:41



    Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru Məhəmməd Nafis Zəkəriya ilə görüşüb.

    Görüşdə iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahələrində uzunmüddətli əməkdaşlıq imkanlarından danışılıb.

    Görüş zamanı Azərbaycanda peşəkar İKT mütəxəssislərinin hazırlanması ilə bağlı COMSATS ilə birgə layihənin həyata keçirilməsi müzakirə olunub. Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə COMSATS arasında İKT və Texnologiya üzrə Təlim Kursları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

    Memoranduma əsasən, pakistanlı təlimçilər tərəfindən ölkəmizdə İKT üzrə peşəkar mütəxəssislərin hazırlanmasına başlanılacaq.

    Bildirilib ki, bu layihə ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının inkişafı və müasir innovasiya mühitinin formalaşdırılmasına müsbət töhfə verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR