AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ziyafət Əsgərov lənkəranlı gənci qəbul edib

  • + A
  • - A
  • 4-08-2023, 19:30

    Ziyafət Əsgərov lənkəranlı gənci qəbul edib

    Azərbaycan Respublikası Milli Məclisin deputatı Ziyafət Əsgərov Lənkəranın ictimai fəal gənci, 3 dəfə Respublika mahnı müsabiqəsinin qalibi, gənc müğənni Allahverən Pərvizoğlunu qəbul edib. Görüş zamanı millət vəkili yaradıcı gəncin uğurları və qayğıları ilə maraqlanıb.

    Gənc müğənni Allahverən Pərvizoğlu qazandığı uğurları ilə bağlı və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, sözləri gənc şair-publisist Sevindik Nəsiboğlunun, musiqisi Mehriban Aydınqızının, aranjimanı Fikrət Vasifoğluna məxsus olan "Ulu Öndərimiz" mahnısına çəkilmiş klip ilə bağlı məlumat verib və klip diskini Ziyafət Əsgərova təqdim edib.

    Görüşün sonunda qəbul üçün gənc müğənni Allahverən Pərvizoğlu millət vəkili Ziyafət Əsgərova təşəkkürünü bildirib və xatirə şəkli çəkdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR