AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"NATO regional ittifaq olaraq qalacaq" - Stoltenberq

  • + A
  • - A
  • 21-09-2023, 20:30

    "NATO regional ittifaq olaraq qalacaq" - Stoltenberq


    "Şimali Atlantika Alyansı (NATO) regional blok olaraq qalacaq və qlobal miqyasda, Avropa qitəsindən kənarda genişlənmək niyyətində deyil".

    Bunu ABŞ-də Xarici Əlaqələr Şurasında çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.

    "NATO regional ittifaq olaraq qalacaq, yalnız Avropa ölkələri qoşula bilər. NATO 5-ci maddənin (kollektiv müdafiə prinsipi) tətbiqi üzrə qlobal alyans olmayacaq".

    Eyni zamanda o, təhlükəsizlik probleminin regional deyil, qlobal olduğunu vurğulayıb. Ona görə də, onun sözlərinə görə, NATO alyansa üzv olmayan bir çox ölkələrlə, o cümlədən Avstraliya, Yeni Zelandiya və Yaponiya ilə əməkdaşlıq edir.

    "Bu o demək deyil ki, onlar alyansa üzv olacaqlar. Bu o deməkdir ki, biz birlikdə işləyirik", - deyə Stoltenberq əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR