AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Payız gəldi...

  • + A
  • - A
  • 23-09-2023, 14:00

    Payız gəldi...

    Azərbaycana payız fəsli daxil olub.

    N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, payız fəsli Azərbaycana bu gün saat 10:49-da daxil olub.

    Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib və həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb. Bu gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşəcək və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olacaq.

    Qeyd edək ki, Şimal yarımkürəsində payız fəsli dekabrın 22-nə qədər davam edəcək. Dekabrın 22-si saat 07:27-də qış fəsli payızı əvəz edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR