AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin 2023- cü ildə icra etdiyi layihənin icrası tamamlandı

  • + A
  • - A
  • 12-10-2023, 18:53

    Müharibə Veteranı  Qadınlarına Sosial Yardım İctimai Birliyinin  2023- cü ildə icra etdiyi layihənin icrası tamamlandı

    Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi kiçik qrand müsabiqəsində qalib təşkilatlardan biridə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Qarabağda ermənilər tərəfindən girov götürülmüş gənc qızlarımızın naməlum taleyi haqda "Məhv edilmiş gələcək" filminin çəkilməsi və dünyaya yayılması” adlı layihənin icrası başa çatırıldı. “Məhv edilmiş gələcək” filminin təqdimat tədbirlərihərbi hissədə, Bakı Qızlar Universitetində keçirilıdi.
    Filmində 1992-93-cü illər ərzində girov götürülmüş azyaşlı, yeniyetmə, gənc qızlarımız haqda onların yaxınları məlumat verəcək. Filmdə Sumqayıt və Şəki şəhərində aparılan çəkilişlərdə Laçin, Xocalı və Kəlbəcər rayondan girov götürülmüş azyaşlı Azərbaycan qızları haqda ailələri məlumat verdilər. Adilə, Bəxtiyar Quliyevlər girov götürülmüş 3 yaşlı Aygün Quliyevadan göz yaşları ilə danışdılaq. Adilə ana 31 ildir 1 qız və iki oğul övladının yolunu gözləyir. Elyanə İbişovun qardaşı Taleh İbişov Şəkinin digər kəndində məskunlaşıb və illərdir bacısından xəbər gözləsədə cavab ala bilmir. Müxtəlif rayonlarda məskunlaşmış, Qarabağın işğalı zamanı məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş Azərbaycan türklərindan bəhs edilən film artıq hazırdır. Filmdə qarşıya qoyulan məsələnin açıqlanmasında layihəmizə öz dəstəyini əsirgəməyən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissoyasının sədri Əli Nağıyevə, Eldar Səmədova və bütün əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. Çəkilişlərdə Dövlət Komissiyasının məsul əməkdaşı Eldar Səmədov həqiqətlər və faktlarla bağlı məlumatlar verməklə problemin mahiyyətini açıqladı.
    Layi9həin icrası ərəfəsinə Yasamal rayon Bələdiyyəsinin Mərasim salonunda 31 il əvvəl erməni qatilləri tərəfindən əsir götürülmüş, Cəbrayıl rayon Dağ Tumas kəndindən olan 6 nəfər itkin şəhidimizə xatirə günü keçirildi. Filmin ilk təqdimat tədbiri isə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 500 nəfər əsgər və zabit qarşısında keçirildi. İlinci təqdimat tədbiri Bakı Qızlar universitetinin müəllim və tələbə kollektivi qarşısında keçirldi və hər iki tədbirdə filmə aid disklər tədbir iştirakçılarına paylanıldı

    Layihə rəhbəri MVQSYİB-nin sədri Radə Abbas











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR