AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Valideynlər niyə övladlarını internat məktəblərinə göndərirlər? - VİDEO

  • + A
  • - A
  • 29-10-2023, 12:00

    Valideynlər niyə övladlarını internat məktəblərinə göndərirlər? - VİDEO

    Ölkədə uşaqların internat tipli məktəblərə göndərilməsi halları artıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasına görə, 2021-ci ildə 9 960, 2022-ci ildə isə 10 062 şagird bu tip məktəblərə göndərilib.

    Bunu sosial-iqtisadi motivlərlə əlaqələndirən sosioloq Naib Niftəliyev bildirib ki, valideynlərin bu tipli məktəblərə müraciət etməsi daha çox nəzarətlə bağlıdır.

    Onun fikrincə, bəzən uşaqların internat tipli məktəblərə qoyulmasına səbəb kimi natamam ailə mühitinin olması da göstərilir.

    Sosioloq bildirib ki, hər bir halda uşağın valideyn himayəsinə və diqqətinə ehtiyacı var.
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən o da bildirilib ki, məsələ ilə bağlı preventiv tədbirlər görülür. Ancaq buna baxmayaraq, bu tipli ümumtəhsil müəsisələrinə uşaqların göndərilməsi halları çoxalır.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR