AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hacıqabulda qəzaya düşənlərin məktəblilər olduğu müəyyənləşib - ADLAR

  • + A
  • - A
  • 21-11-2023, 09:37

    Hacıqabulda qəzaya düşənlərin məktəblilər olduğu müəyyənləşib - ADLAR

    Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar məktəblilər olub.

    Rəfail Şirəliyevun idarə etdiyi “Toyota Prius” markalı avtomobil idarəetməni itirərək aşıb.

    Nəticədə avtomobildə olan məktəblilər - 2010-cu il təvəllüdlü Məhəmməd Abuşov və 2008-ci il təvəllüdlü Əliyar Şirəliyev hadisə yerində ölüblər.

    Sürücü və sərnişin olan digər məktəbli, 2014-cü il təvəllüdlü Pənah Abuşov xəsarətlərə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.Apa


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR