Teleaparıcı Zümrüd Bədəlova və rəqqasə Fatimə Fətəliyeva arasında gərgin anlar yaşanıb.
Verilişin gedişatında məlum olub ki, Fatimə "İnstagram"da Zümrüdü izləmədən çıxarıb.
Bundan xəbər tutan Zümrüd özündən çıxıb: "Məni izləmədən niyə çıxarmısan? Bunu əvvəldən mənə deyərdiniz, suallarımı başqa cürə verərdim. Bir azdan izləmədən çıxardıqlarını geri qaytaranda, ay tövbə ona qarşılıq verəm..."
Fatimə isə əməlinə belə "don geyindirib": "Bir dəqiqə qulaq asın ee, əvvəllər bu instaqram yox idi. Qabaq biz bir-birimizi heç izləmirdik, necə yaxın idik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.