Azərbaycanda pensiya və sosial ödənişlərin verilməsinin gecikdiyi iddia edilir.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə çoxlu sayda məlumat daxil olub.
Bildirilib ki, hər ayın 24-ü verilən pensiya və bu tipli sosial müavinətlər bu ayın 27-si olmağına baxmayaraq hələ də verilməyib.
Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq.
Qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili cavab olaraq bildirib ki, burada gecikmə anlayışı doğru yanaşma deyil. Sosial ödənişlərin verilməsi tarixi qabaqcadan hər aya görə təyin olunur:
"Hər ay üçün sosial müavinətlərin ödənildiyi bəlli bir tarix var. Bu tarixdə ödənişlər edilir. Ay bitmədiyi üçün hələ, bu, gecikmə deyil. Ay ərzində pensiya və sosial ödənişlərin verilməsi nəzərdə tutulur".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.