AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib - İDDİA

  • + A
  • - A
  • 9-12-2023, 17:00

    Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib - İDDİA


    Azərbaycanda saxta diplomlu vəzifəli şəxslərin mövcudluğu hətta rəsmi qurumlar tərəfindən belə etiraf olunan faktdır. Problem təhsil müəssisələrində daha aktual olsa da, həmin müəllimləri hələ də təhsil sistemindən tam uzaqlaşdırmaq mümkün olmayıb.

    Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ən çox saxta diplom Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilib. Onun sözləriə görə, bu ali təhsil müəssisəsindən verildiyi güman edilən saxta diplomların sayı 600-dən çoxdur:

    "Ədalət naminə demək lazımdır ki, saxta diplomların aşkarlanması, bu kimi halların qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər var. 5-10 il öncəki durumla müqayisədə müəyyən sabitləşmə hiss olunur. Xatırlayırsınızsa, 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM) sədri Məleykə Abbaszadə məsələ ilə bağlı ciddi rəqəmlər açıqlamışdı. O, 1992-2011-ci illər ərzində 22 min 332 nəfər TQDK-nın (DİM) "qara baza"sına düşdüyünü və həmin şəxslərin saxta diplomlarla fəaliyyət göstərdiyini bildirmişdi".

    Ekspertin sözlərinə görə, saxta diplomların artması əsasən köçürmələr hesabına olur. Azərbaycanda keçirilən qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur, sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa köçürülürlər:

    "Təhsil Nazirliyində Nostrifikasiya şöbəsində diplomların tanınması rəsmi qeydiyyata alınır, nazirlik hansısa xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir, dəqiqləşdirmə aparılır. Universitetin lisenziyası yoxdursa və ya Nostrifikasiyadan keçməyibsə, onun verdiyi diplom saxta hesab olunur. Bununla əlaqədar müəyyən qurumlar fəaliyyət göstərir və bu iş daim nəzarətdədir. Amma bir məqam da var ki, bəzi hallarda Təhsil Nazirliyində Nostrifikasiya şöbəsinin təsdiqi ilə də saxta diplomlara rast gəlinir".

    Ekspert bu problemin həllində elektron bazanın əhəmiyyətini vurğulayıb. Hər bir işə götürən işçini qəbul etdikdən sonra rahatlıqla həmin portala daxil olub verilmiş diplomun həqiqi, yoxsa saxta olduğunu yoxlamalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR