Sentyabrın 19-20-də düşmən təxribatının qarşısını alan zaman ağır yaralanan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Qasımov Hacıəli Tahir oğlu dünən şəhid olub.
Bu barədə Tovuz rayonu İcra Hakimiyyətinin Qaraxanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.
2002 ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlu Tovuz rayon Qaraxanlı kəndində anadan oldub. O, bu gün kənd qəbiristanlığında dəfn olunacağı nəzərdə tutulub.
Ailədə dörd övlad olublar.
Allah rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.