““TURKOVAC” Azərbaycanda tətbiq edilə bilər” - Fuad Oktay
Türkiyənin koronavirus əleyhinə yerli peyvəndi “TURKOVAC” vaksinlərinin 3-cü mərhələ araşdırmaları barədə bir çox ölkələrlə fikir mübadiləsi aparılır.
AzadMedia.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq edilə bilər.
"Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir”, - Oktay deyib.
Onun sözlərinə görə, "TURKOVAC"ın bütün dünyada istifadə edilən peyvənd halına gəlməsi və beynəlxalq keyfiyyət əldə etməsi üçün əhəmiyyətli addımlar atılır.